“İran hakimiyyəti "Su-35" qırıcıları müqabilində Rusiyaya PUA-ların ilk partiyasını göndərə bilər".
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.
“Analitiklərin bildirdiyinə görə, Tehran öz mütəxəssislərini PUA-ların istifadəsi ilə bağlı təlim keçmək üçün Rusiyaya göndərib. Əgər bu doğrudursa, Rusiyanın "Su-35" təyyarələrinin qarşılığında İran PUA-lar verə bilər. Bunun tərəflər arasında iyulun 26-da imzalanmış sazişin bir komponenti olması mümkündür”, - məlumatda qeyd olunub.