Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığının yeni təfərrüatı məlum olub.
ABŞ Dövlət Departementinin məlumatına görə, tərəflər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərləri eyni zamamda Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə ediblər.
Blinken həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasına və uzunmüddətli danışıqlara nail olunmasına töhfə verməyə hazırdır.
**12:17
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Ukraynadan taxıl ixracına dair əldə olunan razılaşma və bu məsələ ilə bağlı son hadisələr, həmçinin ikitərəfli əlaqələr müzakirə olunub.