Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq.
"Anadolu" agentliyi xəbər verir ki, bunu "ROKETSAN"ın baş direktoru Murat İkinci deyib.
O bildirib ki, ROKETSAN-ın şüarı dənizin dibindən kosmosun dərinliklərinə qədər müdafiə üçün lazım olan bütün texnologiyaları inkişaf etdirə biləcək infrastruktur yaratmaqdır.
Murat İkinci Türkiyənin kosmosa müstəqil çıxışını təmin etdiyini vurğulayıb: "Bunun üçün çox ciddi infrastruktur yaradılıb. Biz 2020-ci ildə Kosmik Sistemlər və Qabaqcıl Texnologiyalar Mərkəzini açdıq. Buradakı məhsullarla ölkə kosmos yarışında ön plana çıxır".
Baş direktor əlavə edib ki, növbəti hədəf kosmosa peyk daşıyacaq platformaları həyata keçirməkdir.