Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə sanksiyalar tətbiq edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, sanksiyalar Nensi Pelosi ilə yanaşı, onun ailə üzvlərinə də tətbiq ediləcək.
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-3-də Tayvanda səfərdə olub.
Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, habelə Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib.