Pelosinin qalmaqallı Asiya turnesi başa çatdı

 

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesini Yaponiyanı tərk etməklə başa vurub.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Amerika nümayəndə heyətinin xüsusi təyyarəsi Pelosi Tokioda bir sıra görüşlər, o cümlədən Baş nazir Fumio Kişida və parlamentin aşağı palatasının sədri Hiroyuki Hosoda ilə görüşlər keçirdikdən sonra Yaponiyanı tərk edib.

 

Tərəflər görüş zamanı ABŞ-Yaponiya müttəfiqliyinin gücləndirilməsinin, həmçinin “azad və açıq Hind-Sakit okean regionu” prinsipinin həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüşdə Şimali Koreyanın raket, nüvə proqramı və Ukraynadakı vəziyyət kimi regional təhlükəsizlik məsələləri də qaldırılıb.

 

Pelosinin qalmaqalla müşayiət olunan Asiya turuna Sinqapur, Yaponiya, Cənubi Koreya və Malayziyaya səfərləri daxil idi. İlk dayanacaqlar Sinqapur və Malayziya olub. Çinin sərt etirazlarına baxmayaraq o, Tayvana da gedib.

 

Yeri gəlmişkən, ABŞ Nümayəndələr Palatasının sədri 1997-ci ildən bəri Tayvana səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.