Rusiyada son sutkada 19 974 nəfərdə koronavirus aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Məlumata görə, bu, martın 30-dan bəri qeydə alınan ən böyük yoluxma sayıdır.
Virusun aşkarlandığı şəxslərdən 2 141 nəfəri xəstəxanaya yerləşdirilib.
Son 24 saatda həm də 10 743 nəfər sağalıb, 46 nəfər isə vəfat edib.
Ümumiyyətlə, Rusiyada indiyədək 18 692 396 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 382 697 nəfər ölüb, 18 030 626 nəfər sağalıb.
Hazırda ölkədə 279 073 aktiv koronavirus xəstəsi var.