Böyük Britaniyanın istefa verən Baş naziri Boris Conson Londondakı evini 1,6 milyon funtsterlinqə (1,8 milyon dollar) satışa çıxarıb.
Bu barədə “Mirror” nəşri məlumat yayıb.
“Boris və Kerri Conson cütlüyü 400 milyon funtsterlinq qazanmaq ümidi ilə 1,2 milyon funta aldıqları evi satışa çıxarıblar. Onlar evi 2019-cu ildə əldə ediblər”, - məlumatda bildirilib.
Axar.az xatırladır ki, B. Conson evi əvvəlcə ayda 4 min funta kirayə vermək istəyib, amma sonradan fikrini dəyişib.