Trampın evində axtarış aparıldı
ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarış aparılıb.

 

Senzor.az bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

 

Bildirilir ki, axtarışların nəticəsi olaraq eks-prezidentin evindən xeyli sayda sənədlər götürülüb. Gözlənilməz "qonaqlar" Trampın evində bir neçə saat axtarış tədbirləri görüblər.

 

“The New York Times” isə öz mənbələrinə istinadən yazıb ki, onlar FTB işçiləri olublar. İddia olunur ki, xüsusi xidmər orqanı əməkdaşları Trampın Ağ Evdən özü ilə apardığı sənədlərlə maraqlanıblar.

 

Qeyd edək ki, fevral ayında "Washington Post" qəzeti Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) əməkdaşları keçmiş prezidentin Ağ Evdən çıxardığı bir neçə qutu sənədi müsadirə etməsini yazmışdı. Dünən “Politico” iddia edib ki, Tramp axtarış zamanı Nyu Yorkda olub.

 

Axtarış zamanı evdə Trampın vəkili Kristina Bobbun da olduğu qeyd edilir.

 

Trampın özü isə yerli KİV-ə bildirib ki, axtarış barədə ona heç kim məlumat verməyib. O deyib ki, axtarış əhəmiyyətsiz olub. 

 

Tramp FTB-ni prosedurları pozmaqda, radikal-solçu demokratları (ABŞ Demokratik Partiyası) isə hüquq-mühafizə orqanlarından silah kimi istifadə etməkdə ittiham edib. Sabiq dövlət başçısı deyib ki, demokratlar onun 2024-cü il prezident seçkilərinə qatılmasını istəmirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.