Rusiya aviaşirkətlərində böhran
TƏYYARƏLƏRİ HİSSƏLƏRƏ AYIRMAĞA BAŞLADILAR

Rusiyanın aviaşirkətləri, o cümlədən “Aeroflot”, sanksiyalara görə ehtiyat hissələri çatışmazlığı yaşayır, bu səbəbdən onlar təyyarələri hissələrə ayırmağa başlayıblar.

 

“Reuters” bildirir ki, bu barədə sənayedəki dörd mənbə məlumat verib.

 

Bildirilir ki, hazırda Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” ən azı bir “Sukhoi Superjet 100” və bir “Airbus A350”ni (demək olar ki, təzə idi) parçalara ayırıb, həmçinin bir neçə “Boeing 737” və “Airbus A320” təyyarələrindən də avadanlıqlar çıxarılıb.

 

Digər aviaşirkətlərin hansı təyyarələri hissələrə ayırdıqları açıqlanmayıb.

 

Yeri gəlmişkən, “Flightradar” xidməti iyulun sonundan bəri “Aeroflot”un 50-yə yaxın təyyarəsini istismar etmədiyi barədə məlumat yayıb. Şirkətin yeddi ədəd “Airbus A350” təyyarəsindən üçü (o cümlədən biri hazırda hissələrə ayrılır) təxminən üç aydır ki, havaya qalxmır.

 

Xatırladaq ki, fevralın sonunda Avropa İttifaqı Rusiya təyyarələrinin üzünə səmanı bağlayıb, onlara ehtiyat hissələrinin tədarükünə, texniki xidmətə, dəstək və sığortaya qadağa qoyub, həmçinin lizinq şirkətlərini Rusiya aviadaşıyıcılarının icarəyə götürdüyü təyyarələri geri qaytarmağa məcbur edib.

 

May ayında ekspertlər yayın sonuna qədər “Aeroflot”un “Boeing” və “Airbus” laynerləri üçün komponent çatışmazlığı səbəbindən təyyarələrini hissələr üçün sökməyə başlamalı olacağı barədə proqnoz vermişdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.