Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda partlayış səsləri eşidilib.
Senzor.az bildirir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, Rusiyanın döyüş təyyarələri oradakı aviabazadan Xerson, Nikolayev və Zaporojye vilayətlərini bombalayırlar.
Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və sanitar aviasiya cəlb edilib.
Rusiya Teleqram kanallarının məlumatına görə, aerodrom darmadağın edilib.
Aerodromda 10-dan çox partlayışın olduğu bildirilir. Partlayışın dalğası o qədər güclü olub ki, Novofedorovkadan 20 km aralıda yerləşən yaşayış evlərinin pəncərələri silkələnib, avtomobillərin siqnalizasiyası işə düşüb.