ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edən protokolları imzalayıb.
Senzor.az bildirir ki, imzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.
"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə görmək istədiyimiz gələcəyi formalaşdıracağıq ", - deyə ABŞ Prezidenti vurğulayıb.
Finlandiya və İsveçin təşkilata qoşulması üçün sənədlər Alyansın bütün üzvləri – 30 ölkə tərəfindən təsdiqlənməlidir. ABŞ protokolları imzalayan 23-cü ölkə olub.