"Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır"
BRİTANİYA KƏŞFİYYATI YENİ MƏLUMAT YAYDI

Rusiya könüllü taborlardan ibarət 3-cü ordu korpusu yaradır.

 

Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən yaydığı açıqlamada belə deyilir.

 

Qeyd olunub ki, yeni ordu korpusunun qarşısında iki tapşırıq qoyulacaq: Donbasda hücumu gücləndirmək və Ukraynanın cənubunda ukraynalı hərbçilərin ehtimal olunan hücumlarının qarşısını almaq üçün müdafiəni təşkil etmək.

 

Kəşfiyyatın informasiyasına əsasən, Üçüncü ordu korpusu Rusiyanın Nijeqorod vilayətinin Mulino rayonunda yerləşdirilir: “Rusiyanın müəyyən bölgələrindən könüllü qrupları da cəlb etməklə “könüllülər” taborlarının hesabına belə bir korpusu formalaşdırmaq çətin olacaq”.

 

Bildirilib ki, “könüllülərə” böyük məbləğdə mükafat vəd edilir. Tabora 50 yaşadək ali təhsili olmayanlar qəbul olunurlar: “Rusiyada ordu korpusunda 15-20 min nəfər olur. Üçüncü korpusun bu saya çatdırılması ehtimalı azdır. Çünki Ukraynadakı müharibəyə çox az adam könüllü qoşulur”.

 

“Report” qeyd edir ki, kəşfiyyat bu korpusun Ukraynadakı müharibədə həlledici rol oynayacağına gözləmir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.