Yaponiyanın bu ərazilərinə rekord miqdarda yağıntı düşüb - ƏHALİYƏ “TORPAQ SÜRÜŞMƏSI” XƏBƏRDARLIĞI
FOTO

Yaponiyanın şimal ərazilərində davam edən leysan yağışlar Aomori və Akita prefekturalarına rekord miqdarda yağıntı düşməsinə səbəb olub. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yaponiya Meteorologiya Agentliyi yağışların hələ bir həftə davam edəcəyi proqnozlaşdırır.

 

 Ərazidə hökm sürən rütubətli isti hava kütlələri Tohoku regionunda və yaxın ərazilərdə yağışlı buludların yaranmasına səbəb olub. Avqustun 8-dən Aomori prefekturasında yerləşən Fukuoka şəhərinə 360 millimetr yağıntı düşüb ki, bu da bütün avqust ayı üzrə yağıntının orta miqdarını bir neçə dəfə üstələyir. Digər rayonlarda da avqust ayı üzrə orta normadan çox yağıntı düşdüyü qeyd edilir. Nəticədə Aomori və Akita prefekturalarının ərazisində torpaq sürüşməsi təhlükəsi artıb və bunla əlaqədar yerli əhaliyə xəbərdarlıq göndərilib.

 

Avqustun 12-dək Yaponiyanın şimalında saatda 50 millimetrədək yağıntı düşəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

 

Sinoptiklər yerli əhalini selə, daşqınlara, güclü küləyə, şimşək və doluya qarşı ehtiyatlı olmağa çağırırlar. Onlara çaylara və digər təhlükəli yerlərə yaxınlaşmamaq tövsiyə olunur.

 

Bununla yanaşı, Yaponiyanın cənubunda yerləşən tropik depressiyanın qasırğaya çevrilərək şimal-qərb istiqamətində hərəkət edəcəyi gözlənilir. Onun cümə günü axşam saatlarında və ya şənbə günü Yaponiyanın şərqinə yaxınlaşacağı proqnozlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.