Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In koronavirusa yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şimali Koreya liderinin kiçik bacısı Kim Yo Çjon məlumat verib.
O, Kim Çen Inın artıq sağaldığını, xəstə olduğu vaxtlarda bir dəqiqə belə işindən ayrılmadığını vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya lideri epidemiya əleyhinə müşavirədə ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edib.