Son 40 gün ərzində Türkiyənin Ədirnə, Hatay, Şanlıurfa və Mardin vilayətlərində qanunsuz yollarla ölkə sərhədini keçməyə cəhd göstərən 192 nəfər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, saxlanılan şəxslərdən 75-nin FETÖ, 28-nin PKK/KCK/YPG, 1-nin DHKP-C, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Onların arasında vəzifəsindən kənarlaşdırılan müəllimlər, mühəndislər, həkimlər, media mənsubu və hərbçilər də var.