Tehran yenə İrəvanın “vəkilliyini” etmək istəyir – “RƏİSİ PAŞİNYANA ZƏNG EDİB DEYİB Kİ...”
FOTO

Bir müddət əvvəl Rusiya sərhədçiləri Sünik vilayətində Mehridən Aqarak, Şvanidzor, Alvank və Nrnadzora gedən yollarda beş modul tipli nəzarət-buraxılış məntəqəsi qurub. Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan xidməti Mehri şəhər hakimiyyətinə istinadla məlumat verib.

 

Mənbənin məlumatına görə, Rusiya FTX-nin sərhədçiləri bütün maşınları və vətəndaşları saxlayır, yoxlayır və yalnız bundan sonra onların hərəkətinə icazə verir. Buna qədər Rusiya sərhədçiləri yalnız İranla sərhədə nəzarət edirdi.

 

Yeni nəzarət-buraxılış məntəqələrinin quraşdırılması haqqında xəbərlərdən sonra Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsindən bildiriblər ki, yoxlamalar qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotrafikin qarşısının alınması zərurəti ilə əlaqədardır. Bu tədbirlər Ermənistan hökuməti ilə razılaşdırılıb. 

RF FTX-nin məlumatına görə, son vaxtlar İrandan Ermənistana narkotik qaçaqmalçılığının artması ilə əlaqədar gərgin vəziyyət yaranıb. Bundan başqa, ekstremist və terrorçu qrupların üzvlərinin sərhədi pozması halları artıb.

 

Ermənistanın bir sıra siyasi qüvvələri Rusiya sərhədçilərinin bu yolda nəzarəti haqqında məlumatı bu yolun Zəngəzur dəhlizi çərçivəsində Azərbaycana təhvil verilməsinə hazırlıq kimi qiymətləndiriblər.

 

Amma İran daha emosional reaksiya verib, növbəti dəfə "regionda geosiyasi dəyişikliklərə imkan verməyəcəyini" bəyan edib. Bu barədə İran Prezidenti Rəisi dünən Ermənistan baş naziri Paşinyana zəng edərək bildirib. Göründüyü qədər, Tehranda heç cür başa düşmək istəmirlər ki, onlar burada heç nəyi həll etmirlər.(Turan)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.