Bu gün Əfqanıstanın paytaxtı Kabildə qadınlar aksiya keçiriblər.
“Report” xəbər verir ki, onlar “Taliban”ın ölkəyə girməsinin 1 ili münasibətilə küçələrə çıxıblar.
Qadınlar azadlığın, eləcə də təhsil və işləmək hüququnun müdafiəsi şüarları ilə çıxış ediblər. Hakimiyyət nümayəndələri mitinqi yatırmaq məqsədilə atəş açıblar. Aksiyada ölənlərin olduğu bildirilir.
Xatırladaq ki, Əfqanıstanda “Taliban” hakimiyyətə gələndən qadınlarla bağlı sərt qanunlar qəbul edir.