Salman Rüşdini bıçaqlayan şəxs həbs olundu

Avqustun 12-də məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxs Nyu-York polisi tərəfindən həbs olunub.

 

Məlumatı Amerika prokurorlarına istinadən "Reuters" agentliyi yayıb.

 

Hadi Matar adlı şəxs qəsdən adam öldürməyə cəhddə və hücumda ittiham olunub.

 

Qeyd edək ki, ötən gün Hindistanın məşhur yazıçısı, 75 yaşlı  Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib. Dünya şöhrətli yazıçıya 10-15 bıçaq zərbəsi vurulduğu deyilir.

 

Ehtimal olunur ki, yazıçıya bıçaqlı hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

 

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

 

Qeyd edək ki, Rüşdi Bombeydə anadan olub, lakin sonradan Böyük Britaniyaya köçüb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.