ABŞ-da "Tramp qalmaqalı" davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dünən eks-prezident Donald Tramp Federal Təhqiqatlar Bürosu (FTB) agentlərinin onun malikanəsindən götürdükləri sənədləri geri qaytarmağı tələb edib.
O, axtarış zamanı qanunsuz tədbirlərin görülməsindən gileylənib.
“The New York Post”un məlumatına görə, Tramp deyib: “Sizdən tələb edirəm ki, bu sənədləri haradan götürmüsünüzsə, dərhal da ora qaytarasınız”.
Xatırladaq ki, Donald Trampın malikanəsində axtarışlar aparılıb. Baş prokuror Merrik Qarland cümə axşamı axtarışların qanuni olduğunu təsdiqləyib. O qeyd edib ki, federal agentlər keçmiş prezident Donald Trampın vəzifədən uzaqlaşdıqdan sonra Ağ Evdən qeyri-qanuni olaraq hökumət sənədlərini çıxarıb-çıxarmadığını öyrənmək üçün Floridadakı mülkünə basqın ediblər.