Rusiyada koronavirusa yoluxma kəskin artdı - DAHA 53 NƏFƏR ÖLDÜ

Rusiyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 49,2%, xəstəxanaya yerləşdirilmə nisbəti isə 29,8% artıb.

 

Gazeta.ru bildirir ki, bu barədə ölkənin koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahından məlumat verilib: “Son bir həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 119,7 olub və əvvəlki həftə ilə müqayisədə 49,2% artıb”.

 

COVID-19-a yoluxma Rusiyanın 84 subyektində müşahidə olunur, 18 regionda isə ölkə üzrə orta göstəricidən çox artım var.

 

Hər 100 min əhaliyə stasionar müalicə səviyyəsi 11,3 olub və əvvəlki həftə ilə müqayisədə 29,8% artıb. Xəstəxanaya yerləşdirilmələrin sayında artım 74 regionda qeydə alınıb, 27-sində göstəricilər Rusiya üzrə orta göstəricidən çoxdur.

 

Ümumilikdə sutka ərzində 25 273 yeni xəstəliyə yoluxma halı aşkarlanıb, 53 nəfər ölüb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.