Putin Rusiyanın müttəfiqlərini təriflədi və... BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ DƏVƏT ETDİ
FOTO

Rusiya müxtəlif qitələrdəki müttəfiqlərini və həmfikirlərini yüksək qiymətləndirir.

 

Senzor.az yerli KİV-nə istinadən biıdirir ki, bunu Prezident Vladimir Putin “Ordu- 2022” forumunda çıxışı zamanı deyib.

 

"Bunlar hegemon deyilən dövlətin qarşısında əyilməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmirlər", - deyə Putin Rusiyanın müttəfiqlərini tərifləyib.

 

Prezident vurğulayıb ki, bu dövlətlər suveren, müstəqil inkişaf yolu seçirlər, qlobal və regional təhlükəsizlik məsələlərini beynəlxalq hüquq normaları, qarşılıqlı məsuliyyət və bir-birinin maraqlarının nəzərə alınması əsasında kollektiv şəkildə həll etmək istəyirlər.

 

“Beləliklə, çoxqütblü dünyanın qorunmasına töhfə verirlər”, - o əlavə edib.

 

“Rusiya Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə tarixən möhkəm dostluq və etimada əsaslanan əlaqələri səmimiyyətlə qoruyur və müttəfiqlərinə, tərəfdaşlarına ən müasir silah növlərini təklif etməyə hazırdır”, - deyə Putin vurğulayıb.

 

O qeyd edib ki, bütün dünyada bu silah növləri etibarlılığı, keyfiyyəti və yüksək effektivliyi ilə hərbi mütəxəssislər arasında qiymətləndirilir və demək olar ki, hamısından real döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub.

 

Prezidentin sözlərinə görə, hərbi-texniki əməkdaşlığın inkişafı, səylərin və potensialların birləşdirilməsi ilə Rusiya və onun tərəfdaşları həm özləri, həm də bütövlükdə dünya üçün etibarlı təhlükəsizlik və sabitliyi təmin edə biləcəklər.

 

Putin onu da vurğulayıb ki, Rusiya müttəfiqləri və tərəfdaşları ilə birgə hərbi təlimlərin davam etdirilməsinin tərəfdarıdır.

 

"Biz müttəfiqlərimizi və tərəfdaşlarımızı birgə komanda-qərargah və digər növ təlimlərdə iştirak etməyə dəvət edirik. Əminəm ki, geniş hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə, səylərimizi və potensialımızı birləşdirməklə biz ölkələrimiz və bütövlükdə dünya üçün etibarlı təhlükəsizliyi və sabitliyi təmin edə biləcəyik", - deyə Putin vurğulayıb.


Xatırladaq ki, bu gün Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib.

 

Patriot Parkında keçirilən mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, müdafiə naziri ordu generalı Sergey Şoyqu, iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Təntənəli mərasimdə yarışlar açıq elan edilib, “Beynəlxalq Ordu Oyunları”nın himni səsləndirilib.

 

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları 12 ölkənin ərazisində keçirilir. Beynəlxalq müsabiqələrdə 34 ölkədən olan hərbi qulluqçular fərdi və komanda şəklində mübarizə aparacaqlar.

 

Onu da qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə Azərbaycan pavilyonu yaradılıb.

 

Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.