Malayziya Kralı Türkiyədədir
RƏSMİ SƏFƏR

Malayziya Kralı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah Türkiyədə rəsmi səfərdədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Malayziya Kralı Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəlib.

 

Səfərlə bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Türkiyə ilə Malayziya arasında dostluq, qarşılıqlı etimad və xalqların mənafeyi əsasında sürətlə inkişaf edən əlaqələr kontekstində yüksək səviyyəli təmaslar geniş vüsət alıb. Bu çərçivədə ötən ilin iyulunda Malayziyanın Baş naziri İsmail Sabri Yaakob Türkiyəyə səfər edib və həmin vaxtdan ölkələr arasındakı əlaqələr “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılıb.

 

Qeyd edilib ki, bu, təxminən 30 il sonra ölkə başçısı səviyyəsində Malayziyadan Türkiyəyə edilən ilk səfərdir.

 

Səfər avqustun 21-dək davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.