Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verib. 

 

Senzor.az bildirir ki, bu barədə Rusiyanın İrəvandakı səfirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, səfirlik yerli informasiya məkanında Moskvaya qarşı saxta ittihamlarla şişirdilmiş anti-Rusiya xəbərlərinə görə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

 

“Biz yerli informasiya məkanında şişirdilmiş, bizim avqustun 14-də "Surmalu" ticarət mərkəzində baş vermiş faciədə iştirakımıza dair Rusiya strukturlarına qarşı küfr və saxta ittihamları özündə əks etdirən həyasız məlumatlardan hiddətlənirik”, - səfirliyin bəyanatında deyilir.

 

Məlumatda həmçinin qeyd edilir ki, "Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”.

 

Səfirlik xatırladıb ki, Rusiya-Ermənistan Humanitar Mərkəzində təmsil olunan Moskva mütəxəssisləri ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb edilib.

 

Qeyd edək ki, bundan əvvəl “Sasna Tsrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.