Serbiya və Kosovo arasındakı Brüssel dialoqu nəticəsiz başa çatdı
“LAKİN BU, MƏSƏLƏNİN SONU DEYİL”

Serbiya Prezidenti Aleksandr Vuçiç və tanınmamış Kosovonun Baş naziri Albin Kurti Brüsseldə keçirilən dialoq raundunda vəziyyətin həlli ilə bağlı razılığa gələ bilməyiblər.

 

İz.ru- nəşri yazır ki, bunu avqustun 18-də keçirdiyi brifinqdə Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

 

“Hələ razılığa gəlməmişik, lakin bu, məsələnin sonu deyil. Hər iki lider dialoqun davam etdirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər, danışıqlar yaxın günlərdə bərpa olunacaq”, - deyə o, jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, həll yollarının axtarışları sentyabrın 1-dək davam edəcək.

 

O, həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyət gərginliyin bərpasını istəmir, istənilən gərginliyə görə bütün məsuliyyəti tərəflər daşıyacaq.

 

Xatırladaq ki, Kosovo Serbiyada verilmiş sənədlərin öz ərazisində qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.