Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan, Polşa ərazisindən Ukraynaya edilən səfərə verdiyi dəstəyə görə, polşalı həmkarına təşəkkür edib.
Prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini də vurğulayıb.
Xatırladaq ki, Türkiyə lideri bu gün təyyarə ilə Polşanın Rzeşov şəhərinə, oradan isə quru nəqliyyatı ilə Lvova yollanmışdı.