"Ukrayna Silahlı Qüvvələri tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisinin sistemli şəkildə atəşə tutulması genişmiqyaslı fəlakət riski yaradır".
Senzor.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla telefon danışığında deyib.
"Ukrayna ətrafında vəziyyətin müxtəlif aspektləri müzakirə edilib. Xüsusilə Vladimir Putin Zaporojye AES-in ərazisinin Ukrayna hərbçiləri tərəfindən sistemli şəkildə atəşə tutulmasının radiasiya ilə çirklənməyə səbəb ola biləcək genişmiqyaslı fəlakət riski yaratdığını vurğulayıb”, - mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata əsasən, prezidentlər real vəziyyəti yerindəcə qiymətləndirə biləcək MAQATE missiyasının mümkün qədər tez bir zamanda Atom Elektrik Stansiyasına göndərilməsinin vacibliyini qeyd ediblər.
"Rusiya tərəfi agentliyin müfəttişlərinə lazımi köməklik göstərməyə hazır olduğunu təsdiqləyib ", - deyə məlumatda qeyd olunub.