Aleksandr Duqin xəstəxanaya yerləşdirildi

Rusiyalı ictimai xadim Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanaya yerləşdirilib.

 

Senzor.az bildirir ki, bunu politoloq, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov Gazeta.ru-ya müsahibəsində deyib.

 

O bildirib ki, Duqin xəstəxanaya aparılarkən huşu özündə olmayıb və qızının itkisi ona çox pis təsir edib. Keçmiş deputat Duqinin təhlükəsizliyinin artırıldığını da söyləyib.

 

Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.

 

Duqinlər fəxri qonaq kimi dəvət olunduqları Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.

 

Mətbuat onu da yazır ki, maşında Duqinin özü olmalı imiş, amma o, son anda başqa maşına minib. Ekspertlər bunu nəzərə alaraq iddia edirlər ki, terakt məhz ona qarşı təşkil olunubmuş.  

 

Xatırladaq ki, Qərbdə A.Duqini Rusiya rəhbərliyinə ciddi təsiri olan “rus dünyası”nın əsas ideoloqu hesab edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.