Hindistanda daşqın və torpaq sürüşmələri
3 GÜNDƏ 50 NƏFƏR ÖLÜB

Son üç sutkada Hindistanın şimalında və şərqində musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 50-yə yaxın insan həlak olub.

 

Bu barədə bazar günü “The Economic Times” qəzeti yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. 

 

Bildirilir ki, ölkənin şimalında dağlıq ərazidə yerləşən Himaçal-Pradeş ştatında son üç gün ərzində azı 36 nəfər təbii fəlakətin qurbanı olub. Qonşu Uttarakhand ştatında azı 4 nəfər həyatını itirib və daha 13 nəfər itkin düşmüş sayılır. Şərqdəki Odişa ştatında isə 6 nəfər ölüb.

 

Odişada təbii fəlakət zonasında 800 minə yaxın insan qalıb. Ştatın hakimiyyət orqanları zərər çəkmiş rayonlardan 120 min sakini təxliyə edib. Meteoroloqlar xəbərdarlıq edirlər ki, bu rayonlarda yağışlar yaxın günlərdə də kəsilməyəcək.

 

Torpaq sürüşmələri səbəbindən bölgədəki bir çox avtomobil yollarında nəqliyyatın hərəkəti dayanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.