İranın pilotsuz təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinin Küveytdəki bazasına çoxsaylı zərbələr endiriblər.
Xarici KİV xəbər verir ki, hücum azı dörd pilotsuz uçuş aparatından istifadə edilərək həyata keçirilib.
Dəymiş zərər haqqında məlumat peyk görüntüləri ilə təsdiqlənir.
Zərərçəkənlər barədə məlumat hələlik açıqlanmayıb, lakin hərbi obyektin infrastrukturuna ciddi ziyan dəyib.
“Report” bildirir ki, hücuma görə məsuliyyəti “Taşkil əl-Varsin” qruplaşması öz üzərinə götürüb və qeyd edilir ki, hücumda məqsəd Qasım Süleymaninin qətlinə görə qisas almaq olub.