Ölkədən çıxışına qadağa qoyulan Koçaryan xaricə getdi – NECƏ?

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan avqustun 21-i axşam saatlarında müəmmalı şəkildə xaricə gedib. 

 

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Qeyd edilir ki, məhkəmənin ölkədən kənara çıxmamaqla bağlı qadağası olmasına baxmayaraq Koçaryanın xaricə necə və hansı məqsədlə getməsi bir sıra suallar doğurur.

 

Yerli jurnalistlər bu məsələlərə aydınlıq gətirmək üçün Ermənistan Respublikasının ikinci prezidenti aparatının koordinatoru Baqrat Mikoyana müraciət ediblər. O, məlum faktı təsdiqləyib.

 

“Koçaryan dünən Ermənistanı bir həftəliyə tərk edib. Onun vəkilləri sentyabrın 20-nə kimi məhkəmə iclaslarında uzunmüddətli fasilə olmasından istifadə edərək, məhkəmədən Koçaryanın ölkədən çıxması üçün icazə istəyiblər. Məhkəmə onun avqustun 22-dən 29-dək Ermənistandan kənarda olmasına icazə verib. Koçaryan da bu fürsətdən istifadə edib getdi. O, avqustun 29-da qayıdacaq”, - Mikoyan deyib.

 

Ofisin koordinatoru yaranan söz -söhbətlərə belə aydınlıq gətirib ki, səfər özəl xarakter daşıyır. Bu səbəbdən də onun getdiyi ölkə və səfərin məqsədi barədə ətraflı məlumat verməyəcək.

 

Baqrat Mikoyan Robert Koçaryanın özünə yaxın bildiyi Rusiya Federasiyasına gedib-getməməsi ilə bağlı sualı da cavablandırıb.

 

“Yox, Koçaryan Rusiyaya getməyib, o, başqa ölkədədir”, - deyə Mikoyan qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.