Putin Darya Duqinanın ailəsinə başsağlığı verdi... ÖZÜNÜ İSƏ “İGİDLİYƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF ETDI
(ÖLÜMÜNDƏN SONRA)

Rusiya Prezidenti Vladimir Putin jurnalist Darya Duqinanın ölümü ilə bağlı başsağlığı verib.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Putin tanınmış ictimai-siyasi xadim Aleksandr Duqinin qızının öldürülməsini alçaq və qəddar cinayət adlandırıb. O, qeyd edib ki, Darya Duqina insanlara, vətəninə vicdanla xidmət edib, Rusiyada vətənpərvərliyin nə demək olduğunu sübut edib.

Xatırladaq ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina ötən gün həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. 

 

Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün Darya Duqinanın qatilinin kimliyini açıqlayıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.

 

Bir az əvvəl isə xəbər yayılıb ki, Rusiya Prezidenti Vladimir Putin filosof və politoloq Aleksandr Duqinin qızı Daryanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.