Fələstin Prezidenti Mahmud Abbas Fələstin xalqına verdiyi dəstəyə və bu məsələdə dəyişməz mövqeyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səmimi minnətdarlığını bildirib.
Senzor.az-ın məlumatına görə, Ankarada Türkiyə lideri ilə görüşün yekunlarına dair mətbuat konfransında Abbas Ərdoğanla dostluq atmosferində regional və qlobal məsələləri və Türkiyənin dünya ərzaq təhlükəsizliyi kontekstində rolunu müzakirə etdiyini bildirib.
Fələstin Prezidenti qeyd edib ki, regionda sabitliyin təmin olunması istiqamətində Türkiyənin səyləri ilə tanış olmaq, həmçinin ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə etmək imkanı əldə edib.
Abbas Fələstinin son dövrdə üzləşdiyi problemlər barədə Türkiyə liderinə məlumat verdiyini də vurğulayıb: "Qeyd etdim ki, biz İsrail dövlətinin xalqımıza, torpaqlarımıza və Müqəddəs yerlərimizə qarşı davam edən hücumlarına biganə qalmayacağıq. Mən qeyd etdim ki, biz beynəlxalq hüquqa və imzalanmış sazişlərə sadiq qalaraq həmişə mübarizə aparacağıq".
Senzor.az