Bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümü tamam olur.
Senzor.az xatırladır ki, 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar veriblər.
Beləliklə, Ukrayna müstəqil dövlət olub. O vaxtdan bəri hər il avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.
Bu münasibətlə bu gün Kiyevdə məhv edilmiş Rusiya texnikasının nümayişi gözlənilir.
Qeyd edək ki, Rusuiya il Ukrayna arasında müharibə 6 aydır davam edir. Prezident Volodimir Zelenski bu gün, avqustun 24-də təxribatların baş tuta biləcəyi barədə xəbərdarlıq edib.