İsveç və Finlandiya bu gün Türkiyə ilə NATO-ya üzvlük məsələsini müzakirə edəcəklər.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, nümayəndə heyətləri Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.
Türkiyə nümayəndələri görüşdə bu ölkələrin ərazisindəki terrorçuların fəaliyyəti barədə onlara 350 səhifəlik sənədlər təqdim edəcəklər.
Türkiyə nümayəndə heyəti Finlandiya və İsveçin diqqətinə terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığa dair NATO-nun Madrid sammitində imzalanmış memoranduma əməl edilməsinin zəruriliyini çatdıracaq. Ankara bu fakta diqqət yönəldəcək ki, ekstradisiya tələbinə baxmayaraq, ona terrorçuluq fəaliyyəti ilə əlaqəli olan bir nəfəri belə verməyiblər. Nümayəndə heyəti xatırladır ki, Finlandiya və İsveç üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyənə qədər Türkiyə parlamenti onların NATO-ya daxil olmasına razılıq verməyəcək.
İsveç və Finlandiya Şimali Atlantika Alyansına o vaxt qəbul edilə bilər ki, NATO üzvü olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etsinlər.