Krımdakı hərbi obyektlərdə partlayışların baş verməsilə əlaqədar Rusiya yarımadadan 10 qırıcısını çıxarmaq qərarına gəlib.
Senzor.az online.ua-ya istinadən bildirir ki, bu barədə NATO-nun hesabatında qeyd olunub.
“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hava qüvvələrini geri çəkməyə başlayıb. Təyyarə itkilərinin qarşısını almaq üçün indiyədək 6 ədəd Su-35S və 4 ədəd MiQ-31BM yarımadadan çıxarılıb”, - məlumatda qeyd olunub.
Hesabatda bildirilib ki, hazırda Belbekdəki aerodromda Rusiyanın 32 qırıcısı yerləşir. Onların əksəriyyəti sovet istehsalı olan Su-27-lərdir. Yalnız məhdud sayda müasir Su-35S və MiQ-31BM-lər var.
Bundan əlavə, Rusiya Ukraynanın növbəti, məsələn pilotsuz uçuş aparatları ilə hücumlarının qarşısını amaq üçün Krımda taktiki “yer-hava” raketlərinin sayını artırıb.
Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat vurğulayıb ki, hazırda Kreml ordusu Ukrayna sərhədləri yaxınlığında 400 təyyarə və 360 helikopter saxlayır.