Serbiya Prezidenti: Kosova ilə razılığa gəlmək mümkün deyil

Gələcək günlərdə xalqımız üçün sülhü bərqərar edib, onu qorumaq naminə daha çox çalışacağıq.

 

Senzor.az bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç sosial şəbəkə hesabında məlumat verib.

 

“Kosovadakı avtomobil nömrələri və tərəflər arasındakı bəzi böyük problemlər barədə razılaşma əldə etməyimiz mümkünsüz görünür”, - o bildirib.

Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən ölkədə yaşayan serblər də daxil olmaqla, hər kəs üçün dövlətə məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar. Eyni zamanda, yollarda barrikadalar qurulub və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.

 

Avqustun 18-də isə Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrellin təşəbbüsü ilə keçirilən Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurtinin görüşündə tərəflər arasında problemlərin həllinə dair heç bir irəliləyiş əldə edilməyib.

 

NATO-nun Kosovodakı missiyası regionda sabitlik pozulacağı təqdirdə müdaxilə etməyə hazır olduğunu bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.