Çin özünün yeni nəsil yanacaq təyyarəsini ictimaiyyətə təqdim etdi

Çin istehsalı olan yeni nəsil yanacaq təyyarəsi “Yunyou-20” Çançun şəhərində keçirilən aviasiya sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çin Xalq Azadlıq Ordusunun balansında olan müxtəlif növ təyyarələri səmada yanacaqla təmin etmək imkanına malik olan “Yunyou-20” 100 tondan çox yanacaq daşıya bilir. 

 

Ekspertlər “Yunyou-20”nin Rusiyanın “İl-76” təyyarəsi ilə təxminən eyni ölçüdə olduğunu bildirirlər.

 

“Yunyou-20”dən təyyarələri havada yanacaqla təmin etməkdən başqa, patrul, radioelektron kəşfiyyat təyyarəsi kimi də istifadə olunması mümkündür.

 

Avqustun 26-da başlayan və 30-dək davam edəcək Çançun aviasiya sərgisində Çin Xalq Azadlıq Ordusunun hərbi hava qüvvələrinin ötən 10 ildə əldə etdiyi nailiyyətlər, yeniliklər nümayiş olunacaq. Çin ordusunun 6 ədəd yeni nəsil “J-10” təyyarəsindən ibarət “Bayi” akrobatik komandası səmada şou göstərib. Bundan başqa, müxtəlif növ hərbi təyyarələrin birgə şousu da keçirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.