Yaponiyanın Baş naziri Afrika ölkələrinə 30 milyard dollar vəd etdi

Yaponiya Afrika ölkələrinə 30 milyard dollar ayıracaq. Vəsaitlər əsasən tibb müəssisələrinin inkişafına, eləcə də taxılın alınmasına yönəldiləcək.

 

Rbc.ua bildirir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

 

O bəyan edib ki, Tokio Afrika ölkələri ilə daha yaxından işləmək istəyir. Hökumət başçısı vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra müəyyən qaydalara əsaslanan beynəlxalq nizam təhlükə altındadır.

 

“Əgər status-kvonun güc yolu ilə birtərəfli dəyişməsinə icazə versək, bunun nəticələri təkcə Afrikaya deyil, bütün dünyaya yayılacaq”, - deyə Yaponiyanın Baş naziri həm də xəbərdarlıq edib.

 

Qeyd edək ki, 30 milyard dollar Afrika İnkişaf Bankı ilə sıx koordinasiya şərtilə üç il ərzində veriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.