İraqda toqquşmalar: azı 20 nəfər öldürülüb, 300-dən çox yaralı var - YENİLƏNİB, FOTO

Bağdadın "yaşıl zonası"nda baş verən iğtişaşlar zamanı azı 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

 

Bu barədə “Al Jazeera” telekanalı tibb müəssisələrinin əməkdaşlarına istinadən məlumat yayıb.

 

Məlumata görə, yüzlərlə iraqlı şiələrin məşhur lideri Müqtəda əs-Sədrin istefasına etiraz edib. Ölkənin silahlı qüvvələri və əs-Sədrin siyasi rəqibləri ilə şiddətli toqquşmalar nəticəsində yüzlərlə insan güllə yaraları alıb, gözyaşardıcı qazla müqavimətə məruz qalıblar.

 

Ölənlər arasında İraq ordusunun iki əsgərinin olduğu da qeyd edilir.

 

Bundan əlavə, Bağdadın “yaşıl zona”sında baş verən atışmalarda İraq polisinin qərargah rəisi yaralanıb.

 

**23:56(29.08.2022)


Bazar ertəsi Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

 

“Əl-Cəzirə” telekanalının məlumatına görə, qurbanlar arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.

 

Həmçinin, şəhərə nizami ordu hissələri yeridilib. Paytaxtın “Yaşıl zona”sında vəziyyət gərgin olaraq qalır.

 

**19:41


İraqda 2021-ci ilin oktyabrında keçirilən parlament seçkisində qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr avqustun 29-da İraqın siyasi həyatından ayrıldığını elan edib.

 

Senzor.az yerli və xarici KİV-ə istinadən bildirir ki, 49 yaşlı şiə lideri Müqtəda əs-Sədr bu barədə özünün “Twitter” səhifəsində məlumat dərc edib.

 

“Mən siyasi işlərə qarışmamaq qərarına gəldim və Müqəddəs Məqbərə, Əs-Sədr İrsi İdarəsi istisna olmaqla, bütün siyasi qurumlardan ayrıldığımı elan edirəm”. 

Siyasi və dini lider həmçinin hərəkatının tərəfdarlarının bütün əsas qurumlarının bağlandığını elan edib.

 

Bundan sonra onun tərəfdarları Bağdadda Respublika Sarayına soxularaq, “yaşıl zona” adlanan əraziyə daxil olublar. Məlumata görə, nümayişçilər təkərləri yandırıb, yolları bağlayıb, bəziləri isə beton bloklarla hökumət binalarının darvazalarını yarmağa çalışıb. 

Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

 

Toqquşmalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

 

Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.