Əfqanıstan Rusiyadan benzin və benzol alacaq.
UNİAN-ın məlumatına görə, “Taliban” administrasiyası bununla bağlı Rusiya ilə danışıqların son mərhələsindədir.
Bildirilir ki, rəsmi nümayəndə heyəti artıq Moskvadadır və buğda, qaz və neft tədarükü ilə bağlı müqavilələrin bağlanmasını başa çatdırmaq üzrədir.
Əfqanıstan İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi Habiburahman Habib bu barədə məlumatı təsdiqləyib.
Ticarət və Sənaye Nazirliyindəki mənbə isə jurnalistlərə bildirib ki, onlar bu istiqamətdə işlərin tezliklə başa çatacağını gözləyirlər.
“Biz müqavilənin mətni üzərində işləyirik, benzin və benzolla bağlı, demək olar ki, razılığa gəlmişik”, - deyə rəsmi bildirib.
Rusiya xarici işlər və energetika nazirliklərinin nümayəndələri isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.