Ərdoğan: "Yunanıstan NATO və müttəfiqlərinə meydan oxudu"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.

 

Senzor.az “Anadolu”ya istinadən bildirir ki, Prezident Ərdoğan konsertdən əvvəl tədbir iştirakçılarına müraciət edib.

 

“Bir əsr əvvəl olduğu kimi, Yunanıstandan istifadə edərək vaxtımızı və enerjimizi boş yerə sərf etməyə çalışanların əsl niyyətlərini bilirik. Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan bizim rəqibimiz deyil”, - deyə Prezident bildirib.

 

Ərdoğan Yunanıstanın təxribat xarakterli addımının qəbuledilməz olduğunu qeyd edib: “Yunanıstan hava məkanımızın pozulması ilə başlayan və təyyarəmizin S-300 radarları ilə tutulmasıyla davam edən hərəkətilə NATO və müttəfiqlərinə meydan oxudu”.

 

Türkiyə dövlətinin başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə də toxunub: “Bizə verilməyən F-35-ləri Yunanıstana təklif etməklə, Amerika Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yolunu açdı, çünki onlar bu təyyarələrlə eyni sistemə aiddirlər. Aldığımız hava hücumundan müdafiə sistemlərinə görə bizə F-35 vermədilər. Amma bizə fərq etməz. Bizə imtina edilən istənilən məhsulu istehsal etmək imkanımız var”.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.