İran Rusiyaya çoxlu döyüş PUA-ları verib
ABŞ DÖVLƏT DEPARTAMENTİ NARAHATDIR

ABŞ Dövlət Departamenti çərşənbə axşamı Rusiyanın İrandan pilotsuz uçuş aparatları (PUA) aldığını və onlardan Ukraynada müharibədə istifadə etmək niyyətini  təsdiqləyib. 

 

Senzor.az bildirir ki, bunu Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

 

“Rusiya ordusu sanksiyalar və ixrac nəzarəti səbəbindən müasir silahların ciddi çatışmazlığından əziyyət çəkir. Bu, Rusiyanı İran kimi etibarsız ölkələrdən silah almağa məcbur edir”, - Patel Turan-ın müxbirinin  sualını şərh edərkən vurğulayıb.

 

“Biz Rusiya və İrana qarşı silah ticarəti sanksiyalarını fəal şəkildə tətbiq etməyə davam edəcəyik”, - o əlavə edib.

 

Patel xatırladıb ki, avqustda bir neçə gün ərzində Rusiya nəqliyyat təyyarələri İrandakı aerodromda PUA-ları yükləyib və  Rusiyaya çatdırıb.

 

Bu ilkin tədarük müxtəlif tipli yüzlərlə İran dronunun idxalı planının bir hissəsidir: “Rusiya hərbçiləri bu sistemlərdən istifadə etməyi İranda oyrənirlər”.

 

Patel onu da əlavə edib ki, bu dronların çox zəif oldugu və  çoxsaylı nasazlıqlar göstərdiyi barədə məlumatlar var.

 

Bununla belə o, bu yaxınlaşmanın - Rusiyanın İranla müttəfiqliyinin dərinləşməsinin region və bütün dünya üçün ciddi təhdid olduğunu bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.