Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian Moskvada Cənubi Qafqaz və Xəzər regionunda vəziyyəti müzakirə ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu S.Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Biz digər aktual regional məsələlərə - Yaxın Şərq, Əfqanıstan, Yəmən, İraq, Cənubi Qafqaz, Xəzər dənizi regionu üzrə məsələlərə toxunduq. Eləcə də, Ukraynadakı vəziyyəti müzakirə etdik”, - o bildirib.