Müharibə Araşdırmaları İnstitutu: "Putin yeni hücum qüvvələri yaradır" - KREMLDƏN “ANTİ-RUSİYA ANKLAVI” XƏBƏRDARLIĞI

Rusiya rəhbərliyi payız-qış aylarında Ukraynaya qarşı hücumu gücləndirmək üçün yeni qüvvələr yaratmağa hazırlaşır. 

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) yaydığı hesabatda belə deyilir.

 

Ekspertlər vurğulayırlar ki, Vladimir Putinin Ukraynadakı “anti-Rusiya anklavını” aradan qaldırmaq planlarını açıqlaması, həmçinin ukraynalılara qarşı köhnə aqressiv ritorikanı təkrarlaması Rusiya Prezidentinin bütün ölkəni ələ keçirmək kimi maksimalist niyyətlərindən əl çəkmədiyini göstərir.

 

"Ehtimal ki, məlum bəyanat bu payız və qışda Rusiyanın gələcək səylərini və güc strukturunu gücləndirməyə hesablanmış informasiya mühiti yaratmaq məqsədi daşıyır”, - ISW analitikləri yazıblar.

 

Bununla yanaşı, ekspertlər Donbasın sentyabrın 15-dən tez ələ keçirilməsini inandrıcı saymırlar. Onların fikrincə, bölgənin işğalı rus komandanlığına ancaq qoşunların döyüş ruhunu yüksəltmək üçün lazımdır.

 

İnstitut qeyd edir ki, rus ordusu Lisiçanskı ələ keçirdikdən sonra Avdeyevka ətrafında kiçik uğurlar əldə edib və bundan sonra rusların irəliləməsi dayanıb.

 

Senzor.az xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında yayımlanan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı bildirib ki,  Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədi anti-Rusiya anklavının aradan qaldırılmasıdır. 

“Ukrayna ərazisində anti-Rusiya anklavı yaradılır ki, bu da Rusiyanın özünü təhdid edir. Onun məhv edilməsi xüsusi əməliyyatın məqsədidir”, - deyə Putin vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.