G7 ölkələri Rusiya neftinin qiymətinə limit qoyulması barədə razılaşıblar.
Bu barədə Sky News məlumat yayıb. G7 ölkələrinin maliyyə nazirləri neftlə yanaşı, Rusiyadan alınan qazla bağlı da qiymət limiti tətbiq edəcəklər. Limit qiyməti müəyyən olunmuş normadan yüksəsk olacağı təqdirdə, həmin neftin dəniz yolu ilə daşınmasına qadağa qoyulacaq.
Rusiya neftinə limitin dekabrın 5-dən, neft məhsullarına limitin isə 2023-cü il fevralın 5-dən qoyulması planlaşdırılır. G7 ölkələri Hindistanın da bu məhdudiyyətlərə qoşulacağına ümid edir.