İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su aparatını ələ keçirib.
Senzor.az bildirir ki, iki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb.
Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub.
Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. O, mülki texnologiyalarla təchiz edilib.
Bu arada ABŞ Hərbi Dəniz Qüvvələri pilotsuz aparatların Qırmızı dənizdə İran hərbçiləri tərəfindən ələ keçirildiyini təsdiqləyib. Amma bildirilib ki, pilotsuz aparatların göyərtəsində heç bir məxfi məlumat olmayıb.