Litva Belarusla sərhədi videonəzarət kameraları ilə qoruyacaq

Litva-Belarus sərhədinin mühəndis hasarla qorunan perimetri bu ilin sonunadək videonəzarət kameraları ilə təchiz olunacaq.

 

Bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte məlumat verib.

 

Onun sözlərinə görə, müvafiq işləri nazirliyin tərkibində olan Dövlət Sərhəd Xidməti həyata keçirəcək.

 

Nazir bildirib ki, hazırda Belarusla sərhədin 55%-i, Litvanın Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinin 70%-i videonəzarət kameraları ilə təchiz olunub.

 

“Report” xatırladır ki, Litvanın Belarus və Rusiya ilə sərhədləri ilə üst-üstə düşən Avropa İttifaqının xarici sərhədlərində bu sistemlərin tətbiqi üçün Vilnüs Brüsseldən 70 milyon avro alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.