Britaniyanın hakim partiyasında liderlik uğrunda səsvermə başa çatdı
YENİ BAŞ NAZİR KİM OLACAQ?

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının liderinin seçilməsi ilə bağlı keçirilən səsvermə başa çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə üzrə Mühafizəkarlar Partiyasının 200 minə yaxın üzvü yeni baş nazir və partiyanın yeni liderini seçmək üçün səs verib.

 

Avqustun əvvəlindən partiya nümayəndələrinin onlayn və poçt vasitəsilə səs verdiyi seçkinin nəticələri bazar ertəsi açıqlanacaq.

 

Xarici işlər naziri Liz Tras partiya rəhbərliyinin və baş nazir kreslosu uğrunda yarışın favoriti hesab olunur. Partiya liderliyi seçkilərində 47 yaşlı Tras keçmiş maliyyə naziri, 42 yaşlı Rişi Sunakla yarışır.

 

Seçkilərin nəticələrinin açıqlanmasından bir gün sonra Boris Conson baş nazir vəzifəsindən istefa ərizəsini Kraliça II Elizabetə təqdim edəcək. B.Conson iyulun 7-də Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib. İyulun 20-də Mühafizəkarlar Partiyasının rəhbərliyi üçün keçirilən ilkin səsvermədə Sunak və Tras ilk iki yeri tutublar.

 

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının lideri və yeni baş nazirin müəyyənləşdirilməsi üçün partiyadaxili səsvermə əvvəllər kiberhücum təhlükəsi səbəbindən təxirə salınmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.