SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Novodeviçye qəbiristanlığında dəfn edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, ailə məzarlığında həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn edilib.
Dəfndə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak ediblər.
Xarici siyasətçilər arasında mərasimə yalnız Macarıstanın Baş naziri Viktor Orban qatılıb. Rusiya Prezidenti Vladimir Putin iş qrafiki ilə əlaqədar Mixail Qorbaçov ilə iki gün əvvəl - sentyabrın 1-də vidalaşıb.
Xatırladaq ki, Mixail Qorbaçov avqustun 31-də 92 yaşında vəfat edib.