Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib”, - məlumatda deyilir.
Qeyd edək ki, S.Papikyanın ABŞ-a getməsinin səbəbi açıqlanmayıb.